"Neftçi" Lənkərana qələbə ilə gedir YENİLƏNİB

22:50 - 17 Avqust 2013

III tur bu gün başlayır
 
Bu gün Premyer Liqanının III turuna bir oyunla start veriləcək. 
 
Sportal.az xəbər verir ki, son ölkə çempionu və kubokun qalibi “Neftçi” “Simurq”u qonaq edəcək. Bundan əvvəlki iki turda AZAL və “Rəvan”ı məğlub edərək aktivinə 6 xal yazdıran “flaqman” Zaqatala təmsilçisi ilə oyundan da qalib ayrılmaq istəyir. Georgi Çixradzenin yetirmələri də öz növbəsində “Neftçi”dən xal almaq niyyətindədir. “Bakcell Arena”da baş tutacaq oyunda Əliyar Ağayev fit çalacaq. 
 
Azərbaycan Premyer Liqası: III tur
 
17 avqust 
 
21:00. “Neftçi” – “Simurq” 1:0
 
Qol: Erik Ramos, 34
 
Qırmızı vərəqə: Elvin Yunuszadə,41
 
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Namiq Bəkirov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Ramil Əhmədov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Füzuli Nəcəfov

Xəbər xətti