21-ci oyun üçün

14:58 - 17 Avqust 2013

Bu qarşılaşmalarda ilk qolun müəllifi Laki İdaxor olub
 
Premyer Liqanın 3-cü turunun qarşıdan gələn "İnter" - AZAL görüşü hər iki komanda üçün sayca 21-ci olacaq.
 
Sportal.az xəbər verir ki, bunadək komandalar bir-birilə 20 dəfə qarşılaşıb, 18 oyun çempionat çərçivəsində keçirilib və 2 matçi isə ölkə kubokunun payına düşür. “İnter” rəqibini 5 dəfə məğlub edə bilib, AZAL isə 4 qələbəyə malikdir. 20 oyunun 11-i heç-heçə ilə başa çatmışdı. Vurulan topların fərqi AZAL-ın xeyrinədir-14:12.
 
Komandalar ilk dəfə 2005-ci ilin dekabr ayında çempionat çərçivəsində üz-üzə gəlib. "Şəfa" stadionuna baş tutmuş həmin görüş 0:0 hesabıyla başa çatıb. “İnter” və AZAL qarşıdurmasında ilk qolun müəllifi niqeriyalı hücumçu Laki İdaxor olub.
 
Ötən mövsümdə komandalar iki dəfə qarşılaşıblar və hər iki oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb. "İnter" - AZAL oyunlarında ən populyar hesab 1:0-dır. Belə nəticə 20 görüşün 7-də qeydə alınıb. "İnter" - AZAL qarşılaşmaların tarixində ən böyükhesablı nəticə 5:0 hesabıdır. 2010-cı ildə AZAL "İnter"i məhz bu hesabla udmuşdu.
 
Azərbaycan çempionatında AZAL-a qarşı keçirilən  ev  oyunlarında “İnter” üstünlüyə malikdir. Belə ki, 9 qarşılaşmada komanda 3 dəfə rəqibini məğlub etməyi bacarıb. Qalan 6 matç isə bərabər hesabla başa çatıb. Bu qarşılaşmalarda top fərqi “İnter”in xeyrinədir - 8:4.
 
Qeyd edək ki, "İnter" - AZAL matçı avqustun 18-də keçiriləcək. Oyun saat 20.00-da başlayacaq. 

Xəbər xətti