"Beşiktaş"dan növbəti transfer həmləsi

02:47 - 18 Avqust 2013

"Beşiktaş" "Mançester Yunayted"dən futbolçu alır

 

“Beşiktaş” “Mançester Yunayted”in hollandiyalı müdafiəçisi Aleksandr Büttneri transfer etmək istəyinə düşüb.

 

Sportal.az xəbər verir ki, sürəti ilə seçilən 24 yaşlı futbolçu “mankunianlar”ın əsas heyətinə düşə bilmir.

Bu mənada, Büttnerin “Mançester Yunayted”i tərk etmək ehtimalı yüksək dəyərləndirilir.

 

Qeyd edək ki, bir müddət öncə “Benfika” holland futbolçuya təklif göndərmiş, ancaq rədd cavabı almışdı. Bununla belə, Büttnerin “Beşiktaş”ın təklifinə “hə” deyəcəyi gözlənilir. 

Xəbər xətti