"Qarabağ" və AZAL qələbə qazandı YENİLƏNİB

21:54 - 18 Avqust 2013

"Bakı" "Rəvanı" darmadağın etdi
 
Bu gün Premyer Liqanın III turu çərçivəsində daha 3 qarşılaşma keçiriləcək.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə “Neftçi” “Simurq”u minimal hesabla (1:0) üstələyərək turnir cədvəlində liderliyə yüksəlib. Bu gün isə günün ilk qarşılaşmasında bundan əvvəlki iki turda məğlub olan komandalar - “Bakı” və “Rəvan” üz-üzə gələcək. “Rəvan” yeni baş məşqçisi ilə ilk qələbəsini qazanmağa çalışacaq. 
 
Yeni mövsümə uğurlu start verməyən “İnter” isə AZAL-la münasibətlərinə aydınlıq gətirəcək. 
 
Turun ən maraqlı qarşılaşması isə “Bakcell Arena”da baş tutacaq. Rəhim Həsənovun idarə edəcəyi oyunda hər iki turda qalib gələn “Qarabağ” qələbəyə həsrət qalan Lənkəran komandasını qonaq edəcək. Bu matçda da Qurban Qurbanovun yetirmələri aktivinə 3 xal yazdırmağa çalışacaq. 
 
Qeyd edək ki, tura sabah “Sumqayıt” – “Qəbələ” oyunu ilə yekun vurulacaq. 
 
Azərbaycan Premyer Liqası: III tur
 
18 avqust
 
18:00. “Bakı” – “Rəvan” 5:0
Qollar: Travner, 8, Kalonas, 11,39, Cavid Hüseynov, 78,Şoliç, 83
“Bakı”nın təlim-məşq bazası
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, Munis Abdullayev, Sərxan İsmayılov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Rövşən Əhmədov
 
20:00. “Qarabağ” – “Xəzər Lənkəran” 2:0
Qol: Nikolas Gelaşvili, 26, Riçard Almeyda, 61(pen)
“Bakcell Arena".
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Mehman Mahmudov, Ramil Diniyev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
 
20:00. “İnter” – AZAL 1:2
Qollar: R.Əmircanov, 30 - İqbekoye, 42,67
“Şəfa” stadionu.
Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Sakin Məmmədzadə
Hakim-inspektor: Murad Məmmədov 

Xəbər xətti