"Xəzər Lənkəran"la oyundan da çətin oyun olacaq" MÜSAHİBƏ

15:41 - 18 Avqust 2013

Samir Abbasov: "Mən hesab edirəm ki, Syominin futbol düşüncəsində belə şey yoxdu"
 
"Sumqayıt"ın müdafiəçisi Samir Abbasovun Sportal.az-a müsahibəsi
 
- Zədə səbəbi ilə ilk iki turda meydana çıxa bilmədin. İndi zədən nə yerdədir?
- Zədəm dizimdən idi. Əslində keçən mövsümün qışından bu problem var idi. Amma komandamı tərk etmək istəmədim və  “Sumqayıt”ın çempionatda qalmasına kömək etdim. Sonra yay mövsümündə müalicə olundum və zədəmi sağaltdım. İndi hər şey qaydasındadır. Sabah “Qəbələ” ilə oyunda tam oynaya bilməsəmdə, hardasa bir neçə dəqiqə kömək edə bilərəm.
 
- Neçə müddətdir məşqlərə başlamısan?
- Məşqlərə bir aydı başlamışam, amma 15 gündü komanda ilə birlikdə məşq edirəm.
 
- Kənardan baxanda “Sumqayıt” necə göründü sənə?
- Qəşəng görünür. Ağaclar çiçəklənir, dənizi, havası yaxşıdır (gülür). Komandanı deyirsənsə, kənardan baxmaq həmişə çətindir. “Sumqayıt” pis təsir bağışlamır. Düzdü, “Qarabağ”a uduzduq, amma komandada irəliləyiş var. Bizdə oynayan futbolçular cavan olsalar da, pis təsir bağışlamırlar.
 
- Yaşıl meydanlar üçün darıxmısan?
- Bütün peşəkar futbolçular bunun üçün darıxar. Qıraqdan baxanda, istəyirsən ki, meydanda olasan. Çox istəyirdim oynamaq. 
 
- Aqil Məmmədovla Bernard Raabın müqayisə edəndə kimi daha çox fərqləndirərdin?
- Hələ bu barədə danışmaq çox tezdi. Gələcəkdə görəcəyik ki, kimin komandası daha hazırlıqlıdı. Bu, iki məşqçini müaqiysə edəndə isə hər ikisinin öz dəsti-xətti, öz məşqləri, sistemləri var idi. Aqil Məmmədovla münasibətlərim çox yaxşıdı. Komandanın içində deyildim. Komandanın içində olduqdan sonra hər şey yaxşı olacaq.
 
- Sabah öz meydanınızda “Qəbələ” ilə oyuna çıxacaqsınız. Bu oyundan nə gözləyirsən?
- “Qəbələ” çox yaxşı komandadır. Bizim üçün çətin olacaq. İki oyunda qalib gəliblər, sona kimi vuruşurlar. Onlar da fikirləşirlər ki, “Sumqayıt”a qarşı oynayırıq və rahat gələ bilərlər üstümüzə. Amma mən hesab edirəm ki, Syominin futbol düşüncəsində belə şey yoxdu. “Xəzər Lənkəran”la oynadığımız oyundan da çətin oyun olacaq.
 
- Çempionatın gedişinə nəzər salsaq, hansı komandanı daha hazırlıqlı və iddialı görürsən?
- Mən hesab edirəm ki, “Qarabağ”  daha üstün və daha güclü komandadır. “Simurq” da pis təsir bağışlamır.
 
-“Qarabağ”ın sabiq üzvü kimi Ağdam təmsilçisindən Avropa Liqasının “play-off” mərhələsində, “Ayntraxt”la matçda nə gözləyirsən?
- Çətin rəqib düşdü. Almaniya klubları güclüdür. Bu mərhələni də keçmək olar. Kim deyərdi ki, “Visla”nı keçəcəyik. Bu futboldu, hər şey ola bilər. Həmin günün sahibi olmaqdan da çox şey asılıdır. Yəni, elə komandalar var ki, bütün çempionatı yaxşı oynayır və həmin gün gəlir ki, heç nə göstərə bilmirsən.
 
-“Qarabağ”ın qruplara düşmək şansını necə dəyərləndirirsən?
- Mən şansları bərabər hesab edirəm.
 
- Ötən illərlə müqayisədə bu mövsüm “Sumqayıt” üçün necə keçəcək?
- Biz bütün oyunlara sonuncu oyun kimi çıxacağıq. Bu çempionatda çıxış edən bütün komandalar sona kimi mübarizə aparan komandalardı.
 
Ayaz İBRAHİMOV

Xəbər xətti