Radamel Falkao "Monako"nu tərk edir

16:13 - 18 Avqust 2013

Kolumbiyalı futbolçunu aldatdılar
 
“Monako”nun yeni transferi Radamel Falkao komandasını tərk etmək niyyətindədir. 
 
Sportal.az xəbər verir ki, “Marka”nın yazdığına görə, kolumbiyalı futbolçu Fransaya gəlməyindən peşman olub və mövcud “transfer pəncərəsi”ndə klubunu dəyişmək istəyir. Futbolçuya görə, “Monako” rəhbəri - Dmitriy Rıbolovlev onu aldadıb. Belə ki, Falkao klubla illik 14 milyon avro almaq şərtilə müqavilə imzalayıb. Amma Fransada yüksək vergilər səbəbindən Falkaonun illik əmək haqqı 14 milyondan 7 milyon avroya düşüb. 
 
Qeyd edək ki, futbolçu ilə “Çelsi” maraqlanır. 

Xəbər xətti