"Ayntraxt" Bakıya gələcəyi tarixi açıqladı

16:18 - 18 Avqust 2013

Almanlar oyuna bir gün qalmış gələcəklər

 

Avropa Liqasının “pley-off” mərhələsində “Qarabağ”ın rəqibi olan “Ayntraxt” Bakıya gələcəyi tarixi açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Frankfurt klubu Bakıya çarter reysi ilə oyundan bir gün əvvəl, avqustun 21-də gələcək. “Aytraxt”la bərabər, klubun azarkeşləri də komandayla eyni təyyarədə Bakıya təşrif buyuracaq.

 

Klub bunun üçün azarkeşlərinə xüsusi paket də təklif edib. Bir azarkeşin ölkəmizə gəlməsi, viza rüsumu, Bakıda bir günlük gecələməsi, oyuna baxması və matçdan sonra “Aytraxt”la birgə Almaniyaya dönməsinin ümumi qiyməti 990 avro təşkil edib.

Xəbər xətti