"Baş məşqçimizin verdiyi tapşırıqları dəqiq yerinə yetirə bildik"

01:40 - 19 Avqust 2013

Ruslan Tağızadə: "Özümüzdə güc tapıb geri dönüş edə bildik"
 
 
"Oyuna ciddi hazırlaşmışdıq və bu qarşılaşmanın bizim üçün çətin olacağını əvvəlcədən bilirdik. "İnter" iddialı komandalardan biridir, həm də ilk iki turu məğlub olduğundan bu oyuna yalnız qələbə üçün çıxası idilər"
 
Bu sözləri AZAL-ın yarımmüdafiəçisi Ruslan Tağızadə "İnter"lə matçdan sonra Sportal.az-a açıqlamasında bildirib.
Təcrübəli futbolçu oyundakı geri dönüşün səbəbini də açıqlayıb:
 
"Oyunda məğlub durumda olsaq da özümüzdə güc tapıb geri dönüş etdik. Bu qələbənin əsas səbəbi məşqçimizin verdiyi tapşırıqları dəqiq yerinə yetirdik. Biz də meydana yalnız qələbə üçün çıxmışdıq və şükürlər olsun ki, bizim üçün vacib olan üç xalı qazana bildik".

Xəbər xətti