Yığma komandamız bolqarlardan üstün oldu

11:25 - 19 Avqust 2013

Futbolçularımız həmyaşıdlarını məğlub etdi
 
Bolqarıstanda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Bolqarıstanın müvafiq yaş qrupuna aid yığma komandası ilə yoldaşlıq oyunu keçirib.
 
Sportal.az xəbər verir ki, qarşılaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə yekunlaşıb. Bolqarıstan komandasının qapısından topları Aliyə Vəliyeva və Aysun Əliyeva keçirib.

Xəbər xətti