"Sumqayıt" qalib gəldi, 3-cü tur başa çatdı YENİLƏNİB

19:58 - 19 Avqust 2013

"Qəbələ" "Sumqayıt"a qarşı
 
Bu gün Premyer Liqanın III turuna bir oyunla yekun vurulacaq. 
 
Sportal.az xəbər verir ki, son oyun günündə hələ ki, itkisiz irəliləyən və maksimum nəticə toplayan “Qəbələ” Sumqayıtda eyni adlı komandanın qonağı olacaq. Turnir cədvəlinin ilk üçlüyündə qərarlaşan Yuri Syominin komandası liderlərdən geri qalmamaq üçün “Sumqayıt”la oyundan da qalib ayrılmağa çalışacaq. 
 
“Sumqayıt” isə iki turdan sonra aktivinə yalnız bir xal yazdırıb. Belə ki, I turda Aqil Məmmədovun komandası “Xəzər Lənkəran”la oyundan heç-heçə ilə ayrılıb, II turda isə “Qarabağ”a böyükhesabla məğlub olub. 
 
Azərbaycan Premyer Liqası: III tur
 
19 avqust
 
18:00. “Sumqayıt” – “Qəbələ”  2:1
 
Qollar:  Vüqar Əsgərov, 2, Ruslan Qurbanov, 66  -   Yanni Kamanan, 13
Qırmızı vərəqə: Vladimir Levin,65
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 
Hakimlər: Orxan Məmmədov, Rza Məmmədov, Elşən Acalov, Tahir Əhmədov
AFFA nümayəndəsi: Telman Əzizov
Hakim-inspektor: Kərim Ağayev
 
dəq 1: Meydan sahibl inin topa zərbəsi ilə  oyun başladı
 
dəq 2:  Qonaqlar ilk  künc zərbəsini başladı və mendinin başla zərbəsi dirəkdən qayıtdı
 
dəq 3: Əks hücuma çıxan "Sumqayıt" Ruslan Qurbanovun ara pası ilə Vüqar Əsgərov hesabı açdı Qoooooolllllll
 
dəq 12: Qonaqlar Kamananla  "Sumqayıt"ı əks hücumda yaxalayır və hesabı bərabərləşdirir   Qooooollllll
 
dəq 15: Hər iki komanda topu özlərində saxlamaqda çətinlik çəkir 
 
dəq 21:  Leonardo cərimə meydançasına təhlükəli ötürməsinə Mendi toxuna bilmədi 
 
dəq 34: Lorenzo Ebisilionun cərimə zərbəsini Anar Nəzirov zərərsizləşdirir
 
dəq 41: Mendi ələ düşən gözəl fürsətdən istifadə edə bilmir, müdafiəşilər topu meydandan çıxardırlar
 
dəq 54: Niaasenin zərbəsi müdafiəçilərən dönür
 
dəq 60: Viktor Mendi topu boş qapıya vura bilmir
 
Qolllllllllll
dəq 65: Nurlan Novruzova qarşı edilən hərəkət hakim tərəfindən penalti kimi qiymətləndirilir. Vladimir Levin qırmızı vərəqə alır. Ruslan Qurbanov hesabı 2:1 edir 
 
dəq 71: Elşən Abdullayevin zərbəsi dirəkdən qayıdır
 
Oyun başa çatdı

Xəbər xətti