"Qalatasaray"lı futbolçu sevgilisi ilə qəzaya düşdü FOTOLAR

14:43 - 19 Avqust 2013

"Şəkilləri silin"
 
“Qalatasaray” və Türkiyə millisinin təcrübəli futbolçusu Səlçuk İnan sevgilisi ilə Ulus bölgəsində avtomobil qəzasına düşüb.
 
Sportal.az xəbər verir ki, futbolçunun sevgilisinin idarə etdiyi son model “Porsche Cayenne” avtomobili qarşı tərəfə keçən taksi ilə toqquşub. Qəzada xəsarət alan olmasa da, avtomobillərə maddi ziyan dəyib. 
 
Hadisə yerində olan media nümayəndələri futbolçunu bərk əsəbləşdirib. Sevgilisini ordan uzaqlaşdırdıqdan sonra Selçuk İnan jurnalistlərin yanına gedib və çəkilən şəkillərin silinməsini tələb edib. 
 
Qeyd edək ki, futbolçu taksiyə dəyən ziyanı da qarşılayıb. 
 
 
 
 
 

Xəbər xətti