"Biz son təsnifat mərhələsindəki rəqibimizi üstələmək fikrindəyik"

Kevin Trapp: "İndi Azərbaycan səfərini gözləyib, orda uğurlu çıxış etmək istəyirəm"
 
“Bavariya” ilə oyun mənim üçün yaxşı keçdi. İndi Azərbaycan səfərini gözləyib, orda uğurlu çıxış etmək istəyirəm”. Sportal.az xəbər verir ki, bu fikirləri “Ayntraxt”ın qapıçısı Kevin Trapp deyib. 

Avropa Liqasının son təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan Almaniya klubunun qapıçısı martda 21 yaşlılardan ibarət yığmada qolu sınandan sonra uzun müddət yaşıl meydandan kənarda qalıb.

Bundesliqanın son turunda evdə çempion “Bavariya”ya 0:1 hesabı ilə uduzduqları oyunda yalnız Mario Mandjukiçin zərbəsini dəf edə bilməyən qapıçı 23-cü dəqiqədə Dante, 89-cu dəqiqədə Bastian Şvayntaygerin imkanları zamanı komandasını real qoldan xilas edib: “Biz son təsnifat mərhələsindəki rəqibimizi üstələmək fikrindəyik. Əminəm ki, 1 illik mövsümə yaxşı hazırlaşmışıq”.

“Ayntraxt”ın 30 yaşlı yarımmüdafiəçisi Aleksandr Meyer isə startda “Herta”dan aldıqları 1:6 hesablı “soyuq duş”dan yaxşı nəticə çıxardıqlarını düşünür: “Biz ilk oyunla müqayisədə irəliyə doğru böyük addım atdıq. Bu, Avropa Liqası öncəsi 100 faiz fərqli oyun idi. Növbəti matçda bəxtimiz gətirəcək”.
 
Tarix: 19 Avqust [16:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Dekabr 2017
12  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio