“Sumqayıt”ın emosional hazırlığı yüksək səviyyədə idi”

23:22 - 19 Avqust 2013

Yuri Syomin məğlubiyyəti şərh etdi

 

“Bu gün nə meydana, nə də rəqibin oyun üslubuna alışa bildik”.

 

Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib. 

Premyer Liqanın III turunun “Sumqayıt”la oyun haqda fikirlərini açıqlayan təcrübəli mütəxəssis ötürmələri qeyri-dəqiq etdiklərini vurğulayıb:

 

“Ötürmələrdə qeyri-dəqiqlik çox idi. “Sumqayıt”ın emosional hazırlığı yüksək səviyyədə idi”.

Xəbər xətti