"Sumqayıt" gözlədiyimizdən daha yaxşı oyun göstərdi"

23:50 - 19 Avqust 2013

Lorenzo Ebisilyo: "Bu gün istədiyimiz oyunu oynaya bilmədik"

 

"Bu oyuna çox ciddi hazırlaşmışdıq. Amma oyunumuzu göstərə bilmədik və məğlub olduq. Ancaq bu məğlubiyyət bizi ruhdan salmayacaq, əksinə növbəti oyuna daha ciddi hazırlaşacağıq"

 

Bu sözləri "Qəbələ"nin yarımmüdafiəçisi Lorenzo Ebisilyo "Sumqayıt"la oyundan sonra Sportal.az-a açıqlamasında bldirib. O, rəqibin əvvəlki oyunlardan daha fərqli oyun nümayiş etdirdiyini dilə gətirib:

"Rəqib komanda gözlədiyimizdən daha yaxşı oyun göstərdi və qələbə qazandılar. Son yarım saatda 10 nəfərlə qalmağımız bizim oyunumuza da təsir etdi. Artıq bu oyunu unutmalıyıq"

Xəbər xətti