"Yuventus"un hücumçusu "Napoli"yə keçdi

02:45 - 20 Avqust 2013

"Yuventus" Matridən 12 milyon avro əldə edib

 

İtaliya A seriyasının startına çox az vaxt qalmış “Napoli” daha bir transfer həyata keçirib.

 

Sportal.az xəbər verir ki, Neapol klubu hücum xəttini daha bir oyunçu ilə gücləndirib.

Belə ki, “Napoli” “Yuventus”un hücumçusu Alessandro Matrini alıb. Yayda Karlos Tevez ve Fernando Llorente kimi hücumçuları transfer edən “Yuventus” əsas heyətdə düşünmədiyi Matrinin keçidindən 12 milyon avro gəlir əldə edib.

Qeyd edək ki, 29 yaşlı forvard “Yuve”nin heyətində keçirdiyi 85 oyunda 36 qol vurub.

Xəbər xətti