"Ona Kabaye lazımdırsa, onu indi yox, 2 ay öncə transfer etməyə çalışardılar" FOTO

11:46 - 20 Avqust 2013

Ceymi Karrager: "Venger panikadadır"
 
"Liverpul"un keçmiş futbolçusu və hal-hazırda Sky Sports-un eksperti olan Ceymi Karrager "Arsenal"ın vəziyyətinin ağır olduğunu bildirib.
 
Sportal.az xəbər verir ki, əfsanəvi kapitan Vengeri tənqid atəşinə tutub:
 
"Əgər Vengerə Kabaye lazımdırsa, gərək onu indi yox, 2 ay öncə transfer etməyə çalışardılar. Bu artıq panikadır. Klubun bu vəziyyəti 2 ilki vəziyyətə bənzəyir. Transfer pəncərəsinin sonunda Venger Santosu, Artetanı və Mertezakeri transfer etdi. Bu transferlərin heç biri özünü doğruldmadı. Yalnız Arteta istənilən səviyyədə oynayır."
 
"Arsenal" məni təəccübləndirir. Azarkeşlərin nə hiss ediklərini təsəvvür edə bilirəm." 
 
 
Qeyd dək ki, Ceymi Karrager bu sözləri Sky Sports-un canlı yayımında söyləyib.

Xəbər xətti