Nurlan İbrahimov: "Artıq 20 min bilet satılıb"

14:04 - 20 Avqust 2013

"Bütün azarkeşlərimizi Tofiq Bəhrəmov stadionuna dəvət edirik"
 
Avropa Liqasının "play-off" mərhələsi çərçivəsində Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" matçına bilet satışı davam edir.
 
Sportal.az  xəbər verir ki, artıq sözügedən matç üçün 20 min biletin satıldığı bildirilir. Bunu "Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib:
 
"Bu saata olan məlumata görə artıq 20 min bilet satılıb. Biz "Ayntraxt"la görüşə kimi bütün biletlərin satılacağını güman edirik. Bütün azarkeşlərimizi Tofiq Bəhrəmov stadionuna dəvət edirik."
 
Xatırladaq ki, qarşılaşma avqustun 22-si saat 21:00-da start götürəcək

Xəbər xətti