"Qarabağ" öz meydanında "Ayntraxt"la qolsuz heç-heçəyə oynayacaq"

17:06 - 20 Avqust 2013

Bernard Lippert: "Zəif rəqiblə oynayanda, həmişə ehtiyatlı olmalısan"
 
“Qarabağ” “Ayntraxt”la görüşlərdə aşkar autsayderdir. Lakin sürpriz də istisna deyil”.
 
Sportal.az xəbər verir ki, bu sözləri AFFA-nın texniki direktoru, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert deyib.
 
Almaniyalı mütəxəssis Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - “Ayntraxt” görüşü haqda fikirlərini açıqlayıb: 
 
“Zəif rəqiblə oynayanda, həmişə ehtiyatlı olmalısan. “Qarabağ” indi yaxşı formadadı. Avrokuboklarda 3 mərhələ keçib. Polşa və İsveç təmsilçilərini mübarizədən kənarlaşdırıb. Heyətində xeyli sayda milli üzvləri və 7-8 legioner var. “Qarabağ” öz meydanında “Ayntraxt”la qolsuz heç-heçəyə oynayacaq. Qələbə qazanmaq şanslarını isə çox aşağı sayıram”.

Xəbər xətti