"Rəvan"dan iki futbolçu ayrıldı

17:49 - 20 Avqust 2013

Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib
 
Topaz Premyer Liqasında mövsümə uğursuz start verən "Rəvan” Futbol Klubu həftəsonu çempionatın 3-cü turu çərçivəsində "Bakı”ya böyükhesabla yenildikdən dərhal sonra yeni baş məşqçi Vladislav Qədirov klub rəhbərliyi ilə görüş keçirib. Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, rəhbərlik 42 yaşlı mütəxəssisin oyun və nəticə barədə hesabatını dinləyib və uğursuzluq zolağından çıxmağın yolları müzakirə olunub. 
 
Qədirovu tam dəstəkləyən rəhbərlik ona heyətə "əl gəzdirmək” izni də verib. Bu gün isə təcrübəli məşqçi artıq islahatlara başlayıb. Təxminən 1 həftədir komandanın "sükan”ını idarə edən Qədirov məşqlərdə və konkret "Bakı” ilə matçda gördüklərinə əsasən komandanın oyun üslubuna uyğun gəlmədiyinə, sürətli futbolla ayaqlaşa bilmədiyinə görə iki futbolçunu əsas komandadan uzaqlaşdırıb. Belə ki, vitse-kapitan Nodar Məmmədov və Bəxtiyar Soltanov komandadan göndərilib. Daha doğrusu, hər iki futbolçu ilə danışıq olub və qarşılıqlı razılıq əsasında yolların ayrılması lazım bilinib.
 
"Rəvan” adıçəkilən futbolçulara gələcək karyeralarında uğurlar arzulayıb.

Xəbər xətti