Mətbuat konfransının vaxtı bilindi

21:20 - 20 Avqust 2013

Öncə Armin Fe, ardınca Qurban Qurbanov

 
Avropa Liqasının pley-off mərhələsinin “Qarabağ” - “Ayntraxt” (Almaniya) oyunu öncəsi hər iki komandanın baş məşqçisi jurnalistlərin suallarını cavablandıracaq.
 
Sportal.az bər verir ki, Frankfurt təmsilçisinin baş məşqçisi Armin Fe jurnalistlərin önünə sabah çıxacaq.
 
 Almaniyalı mütəxəssis Tofiq Bəhramov adına Respublika stadionunda saat 18:00-da mətbuat konfransı keçirəcək. Bundan yarım saat sonra isə onun komandası mərkəzi arenada son məşqə çıxacaq. Hazırlığın ilk 15 dəqiqəsi jurnalistlər üçün açıq olacaq.

“Qarabağ” isə 19:45-də mərkəzi arenada son məşqə çıxacaq. 20:30-da isə Qurban Qurbanov jurnalistlərlə görüşəcək.

 

Xəbər xətti