"Beşiktaş"ın yeni stadionun adı açıqlandı

01:11 - 21 Avqust 2013

"Beşiktaş" gələn mövsüm matçlarını "Vodafone Arena"da keçirəcək

 

“Beşiktaş” yeni sponsoru “Vodafone” ilə rəsmi müqavilə imzalayıb.

 

Sportal.az xəbər verir ki, şirkət 2014-15 mövsümündən etibarən 3+2 il ərzində klubun titul sponsoru olacaq. Bundan “qara qartallar” ümumilikdə 29 milyon avro qazanacaq. Bundan başqa, “Vodafone”  ilə reklam haqları, stadionun adı və stadion texnologiyaları üçün 10+5 illik müqavilə imzlanıb. Bunun sayəsində isə klubun 116 milyon avro qazanacağı bildirilib.

Yeni müqaviləyə əsasən, “Beşiktaş” ev oyunlarını keçiridiyi “İsmət İnönü” stadionu bundan sonra “Vodafone Arena” olacaq.

Xəbər xətti