"Axı Bakı elə də yaxında deyil"

10:53 - 21 Avqust 2013

Kevin Trapp: "İlk oyunda meydan amili onların tərəfində olacaq"

 

“Ayntraxt”ın qapıçısı Kevin Trapp Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçiriləcək ilk oyunu öncəsi fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, Bundesliqanın son turunda doğma meydanda "Bavariya"ya 0:1 hesabı ilə uduzan Frankfurt təmsilçisinin qolkiperi mətbuata açıqlamasında belə danışıb:

 

“Ayntraxt”ın möhtəşəm azarkeşləri var. Onların bizi dəstəkləmək üçün Azərbaycana da getmək istəyinə çox sevindim. Axı Bakı elə də yaxında deyil. “Qarabağ” pis komanda deyil. Üstəlik ilk oyunda meydan amili onların tərəfində olacaq.

 

Ötən turun “Bavariya” ilə oyununda 1 həftə əvvəlkindən daha yaxşı oynadıq. Matçdan matça daha da yaxşı oyun nümayiş etdirəcəyik. Bundan sonra ötən mövsümkü kimi yenə rahat oynamağa başlayacağıq”. 

Xəbər xətti