"Bilirik ki, bizə "Qarabağ"la çətin oyun gözləyir"

19:04 - 21 Avqust 2013

Aleksandr Meyer: "Mən 7 ildən sonra avrokuboklarda oynayacağam"
 
“Bilirik ki, bizə "Qarabağ"la çətin oyun gözləyir. Ancaq "Bavariya"ya qarşı göstərdiyimiz əzmkarlığı göstərib, Bakıdan nəticə ilə qayıtmaq istəyirik". Sportal.az xəbər verir ki, bu fikirləri "Aytraxt"ın təcrübəli futbolçusu Aleksandr Meyer bu gün Bakıda keçirilən mətbuat konfransında deyib.
 
Pirmin Şvegerin yoxluğundan kapitan sarğısını daşıyacaq hücumçunun vuran ayağı var. O, ötən mövsüm bombardirlər siyahısında yer alıb. Amma hücumçu “Qarabağ”a qol vuracağına söz vermədi: Mən 7 ildən sonra avrokuboklarda oynayacağam. Bu, mənim üçün xüsusi hissdir. Həmişə demişəm ki, mənim üçün qol vurmaq yox, komandamın uğuru vacibdir. Sabah qol vuracağımı, bunun başla, yoxsa necə olacağını indidən deyə bilmərəm".

Xəbər xətti