"Qarabağ"ın səviyyəsi diqqət çəkəcək qədər yüksək deyil"

 Uli Ştayn: "Qarabağ" "Ayntraxt" üçün problem olmamalıdır"
 
 
Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn Almaniya mətbuatına müsahibə verib. Sportal.az  xəbər verir ki, o, ölkəsindən olan “Ayntraxt” klubu ilə “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib:
 
- Azərbaycan futbolu ilə yaxından tanış olan biri kimi, “Ayntraxt”dan Bakıdakı oyunda nə gözləyirsiz?
- “Qarabağ” kənardan göründüyü qədər pis komanda deyil. Maliyə baxımdan da klub yaxşı vəziyyətdədi. Mən “Qarabağ”ın ikinci Bundesliqa klubları səviyyəsində bir komanda olduğunu deyərdim. Əgər “Ayntraxt” yaxşı vəziyyətdə olsa, komanda onlar üçün problem olmamalıdı.
 
- Siz niyə belə əmin danışırsız?
- Azərbaycan çempionatını tanıyıram. Premyer Liqanın səviyyəsi elə də yüksək deyil. “Qarabağ” Azərbaycanın bu mövsüm Avropadakı dörd təmsilçisindən mübarizəni davam etdirən yeganə klubdu. Bunun özü də elə nədənsə xəbər verir. Əgər tərəflər arasında yalnız bir oyun keçirilsəydi, Ağdam klubu sürpriz edə bilərdi. Amma indiki vəziyyətdə şans azdı. Çünki qarşıda Frankfurtdakı cavab görüşü də var.
 
- Ağdam klubunun heyətindəki legionerlər barədə nə deyə bilərsiz?
- İki braziliyalı futbolçunu yaxşı tanıyıram. Bu yaxınlarda daha bir braziliyalı ilə müqavilə imzalayıblar. Amma onların bu mövsüm necə oyun sərgilədiklərini görməmişəm. Azərbaycanda bu komandadan çox razıdılar. Lakin çempionat kimi, bu klubun da səviyyəsi diqqət çəkəcək qədər yüksək deyil. İndi daha səviyyəli braziliyalı legionerlər İspaniya, Almaniya kimi ölkələrdə oynamağa üstünlük verirlər, Azərbaycanda yox.
 
- “Qarabağ”ın heyətində xorvatiyalı qapıçı Miro Varvodiç də çıxış edir. Vaxtilə o, Bundesliqada “Köln” klubunda çıxış edib...
- Köln klubunda o, üçüncü qapıçı kimi çıxış edirdi. Miro yaxşı qapıçı olsa da, digər qapıçı Fərhad Vəliyevdən yaxşı deyil.
 
- “Qarabağ” adətən necə oynayır: ehtiyatlı, yoxsa aqressiv?
- Həm elə, həm belə. Amma daha çox hücum futboluna üstünlük verir. 4-4-2 taktikasıyla oynayırlar. Təbii ki, öz oyun üslubları var.
Tarix: 22 Avqust [02:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
15 Dekabr 2017
14  Dekabr 2017
© 2012 - 2017 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio