"İnter"in yeni transferi danışdı: "Bakıda da bu, mümkündü"

" Şəhərin özünə gəlincə, bunu ancaq arzulamaq olar"
 
“İnter”in yeni transfer etdiyi İlço Naumoski Azərrbaycan klubuna keçidindən danışıb. Sportal.az xəbər verir ki, makedoniyalı futbolçu Avstriya mətbuatına müsahibəsində bunları qeyd edib:

“Mənim 30 yaşımda  olan futbolçular artıq yaxşı pul qazanmaq haqda düşünməyə borcludular. Bakıda da bu, mümkündü. Orda tamamilə fərqli atmosfer var. Fikrimcə, Avstriyada mən bu pulu yalnız “SalzburQ”da qazana bilərdim. Şəhərin özünə gəlincə, bunu ancaq arzulamaq olar! Elə təkcə mənim yerləşdirildiyim otelin özü nəyə desən dəyər”!

Qeyd edək ki, Naumoski “İnter”ə Avstriyanın “MattersburQ” klubundan keçib. Onunla bir illik müqavilə imzalanıb.
Tarix: 22 Avqust [15:03]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Noyabr 2018
15  Noyabr 2017
© 2012 - 2018 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio