"Qarabağ"ın heyətində yerli futbolçular üstünlük təşkil edirdi, amma ..."

17:11 - 22 Avqust 2013

Nazim Əliyev: "Niyə də “Qarabağ” alman klubuna qalib gələ bilməsin"

 

“Qarabağ” Avropa Liqasına və çempionata uğurla başlayıb. Mən bu gün “Ayntraxt”la matçdan yalnız qələbə gözləyirəm. Artıq vaxt gəlib çatıb və inanıram ki, “Qarabağ” qruplara düşə biləcək. Hər il rəqiblərimiz çətin olub. “Qarabağ” ötən illərdə “Borussiya”, “Tvente” kimi rəqblərlə müabirzə aparıb."

 

Bu sözləri Sportal.az-a açıqlamasında veteran futbolçu Nazim Əliyev deyib. Əliyev bu gün "Qarabağ"dan qələbə gözlədiyini də sözlərinə əlavə edib: 

 

“Qarabağ”ın heyətində yerli futbolçular üstünlük təşkil edirdi, amma indi bu legionerlərə tərəf yönəlib. Məncə burada qorxulu heç nə yoxdu. Komanda hal-hazırda pik nöqtədədir. Bu futbolda keçilməyən sədd yoxdu. Gürdünüz ki, Qazaxıstanın “Şaxtyor” klubu Şotlandiyanın adlı-sanlı “Seltik” klubunu məğlub etdi. Niyə də “Qarabağ” alman klubuna qalib gələ bilməsin.

 

Belə klubların “Qarabağ”a rəqib olması Azərbaycan futbolunun inkişafına təkandır. Mən “Qarabağ”a inanıram və bütün azarkeşləri stadiondan komandamıza dəstək verməyə çağırıram. “Qarabağ”da iki heyət formalaşdırmaq olar. Güclü futbolçular əksəriyyət təşkil edir. Belə olanda da rəqabət olur və inkişaf qaçınılmaz olur”.

Xəbər xətti