"Qəbələ" "Qarabağ"la oyuna hazırlaşır

17:17 - 22 Avqust 2013

Komanda tam heyətlə məşq edir

"Qəbələ" Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində baş tutacaq "Qarabağ"la oyununun hazırlıqlarını davam etdirir.

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Yuri Syominin başçılığı ilə keçirilən hazırlıq prosesində kollektiv tam heyətlə iştirak edir. Hazırda bərpa prosesi keçən Nuran Qurbanov komandadan ayrı çalışır.

Xatırladaq ki, "Qəbələ"-"Qarabağ" matçı avqustun 25-i saat 18:00-da start götürəcək. Qarşılaşma "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq.

Xəbər xətti