"Qarabağ" məni təəccübləndirdi"

02:50 - 23 Avqust 2013

Kevin Trapp: "Lazımı vaxtlarda qollar vura bildik"

 

"Lazımı vaxtlarda qollar vurub qalib gəldik. Ancaq bu oyunun cavabı da var. Cavab matçında "Qarabağ" erkən dəqiqələrdə bir qol vursa, oyun yenidən başlayacaq. Biz bu nəticəni unudub, bir həftə olacaq matça konsantrasiya olmalıyıq"

 

Bu sözləri "Ayntraxt"In qapıçısı Kevin Trapp Sportal.az-a açıqlamasında bildirib.

O, həmçinin "Qarabağ"ın onu təəcübləndirdiyini də dilə gətirib:

 

"Qarabağ" bu gün gözlədiyimizdən daha yaxşı təsir bağışladı.  Öz oyunu ilə bizi təəccübləndirdi. Bəzi komponentlərdə rəqib bizdən üstün idi. Stadion isə faciə idi. Almaniyada belə bərbad stadion yoxdur".

Xəbər xətti