AZAL 9 nəfərlə qalan "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

20:52 - 23 Avqust 2013

İlk oyun günündə bir qarşılaşma
 
Bu gün Premyer Liqada IV tura bir oyunla start veriləcək.
 
Sportal.az xəbər verir ki, ilk oyun günündə AZAL “Sumqayıt”ı qonaq edəcək. Ötən tur “İnter”i məğlub edərək aktivindəki xalları 6-ya yüksəldən “təyyarəçilər” “Qəbələ” üzərində gözlənilməz qələbə qazanan “Sumqayıt”la oyundan da xalla ayrılmağa çalışacaq. 
 
Qeyd edək ki, oyun saat 19:00-da “AZAL Arena”da keçiriləcək. 
 
 
Azərbaycan Premyer Liqası: 4-cü tur
 
23 avqust
 
19:00. AZAL – “Sumqayıt” 1:0
Qol: Con Oluremi, 45+1
Qırmızı vərəqə: Kərim Diniyev, 55, Məhəmməd Mirzəbəyov, 73
“AZAL Arena” stadionu. Saat 19:00
Hakimlər: Vüsal Əliyev, İsgəndərƏliyev, Zeynal Zeynalov, Ömər Paşayev
AFFA nümayəndəsi: Adil Nadirov
Hakim-inspektor: Səfər Haşımov 

Xəbər xətti