"İnter"in futbolçusu qayıdır

14:54 - 23 Avqust 2013

Fuad Bayramovun adı iştirak ərizəsinə salındı
 
Bir neçə ay öncə əvəzedicilər arasında keçirilən “İnter” - “Simurq” matçında "İnter"in futbolçusu Fuad Bayramovun ağır zədə alması haqda xəbər vermişdik.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, futoblçunun bərpa prosesi kifayət qədər yaxşı keçir və Fuad Bayramovun iştirak ərizəsi PFL-ə təqdim edilib.
 
Əlavə edək ki, gənc oyunçu yenidən 24 nömrə altında çıxış edəcək.

Xəbər xətti