Avropanın daha bir aparıcı çempionatı başlayır

16:31 - 23 Avqust 2013

A Seriyasında yeni mövsüm həyəcanı

 

Sabah Avropanın daha bir aparıcı çempionatında yeni - 2013-2014-cü il mövsümünə start veriləcək.

 

Sportal.az xəbər verir ki, bu həftə sonu İtaliya A Seriyasında da futbol həyəcanı başlayacaq. I turun ilk oyun günündə azarkeşlər iki qarşılaşmanın şahidi olacaq. Bu il çempionatda debüt oyununa çıxacaq "Verona" ilk turda "Milan"ı qəbul edəcək. Digər matçda isə "Sampdoriya" son ölkə çempionu və superkubokun qalibi "Yuventus"la münasibətlərinə aydınlıq gətirəcək.  

 

Qeyd edək ki, I tura "Fiorentina" - "Kataniya" oyunu ilə yekun vurulacaq. 

Xəbər xətti