"Real"ın inanılmaz səhvi FOTOLAR

17:10 - 23 Avqust 2013

Futbolçunu almayıb, amma formalarını satışa çıxartdı
 
İspaniya nəhənglərindən “Real” inanılmaz səhvə yol verib. 
 
Sportal.az xəbər verir ki, "kral" klubuna məxsus məhsulların təqdim edildiyi rəsmi internet saytında madridlilərin uzun müddətdi transfer hədəfinə çevrilən, lakin hələ də heyətinə cəlb edə bilmədiyi “Tottenhem”in ulduzu Qaret Beylin forması satışa çıxarılıb. Belə ki, digər formalarla yanaşı, futbolçunun adı üzərində olan 11 nömrəli futbolka da satışa çıxarılıb. Amma yanlışlığın fərqinə varıldığı zaman sayta giriş qısa bir müddətə əngəllənib və keçici problem olduğu bildirilib. Xəta düzəldikdən sonra sayt yenidən açılıb.
 
Qeyd edək ki, klubdan məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. 
 
 
 
 

Xəbər xətti