Yığma komandamız ilk məğlubiyyətini aldı

00:17 - 24 Avqust 2013

Millimiz ikinci matçına çıxıb
 
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə bu gün 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib.
 
 
Sportal.az xəbər verir ki, futbolçularımız litvalı həmyaşıdları ilə qarşılaşıblar.
 
Oyun yığmamızın məğlubiyyəti ilə başa çatıb – 0:1.
 
Xatırladaq ki, turnirdə keçirdiyi ilk oyunda yığmamız Belarus komandasını 1:0 hesabı ilə məğlub etmişdi.

Xəbər xətti