"Bakı" "Simurq"u məğlub etdi YENİLƏNİB

20:54 - 24 Avqust 2013

İkinci oyun günündə bir matç
 
Azərbaycan Premyer Liqasında IV turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, ikinci oyun günündə də bir qarşılaşma keçirilib. Ötən tur “Neftçi”yə minimal hesabla uduzan “Simurq” “Rəvan”ı darmadağın edən “Bakı”nı qəbul edib. Aralarında bir xal fərqi olan hər iki komanda bu matçdan"Bakı" qalib ayrılıb. 
 
“Simurq”un stadionu təmirdə olduğundan oyun “Şəfa”da keçirilib. Görüşdə Ramil Diniyev fit sahibi olub. 
 
Qeyd edək ki, tura sabah 3 oyunla yekun vurulacaq.  
 
Azərbaycan Premyer Liqası: 4-cü tur
 
24 avqust
 
19:00. “Simurq” – “Bakı”  0:3 (Oyun başa çatdı) 
Qol: Cavid Hüseynov, 49,90+2, Əfran İsmayılov, 62, 
 
“Şəfa” stadionu. Saat 19:00
Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Yaşar Abbasov, Ziya Nəsirov
AFFA nümayəndəsi: Oqtay Abdullayev
Hakim-inspektor: Şahin Cəfərov 
 

“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 4. Dilaver Zrnanoviç, 5. Anderson Olivyera
6. Taqim Novruzov, 7. Ruslan Poladov (k), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak, 22. Salif Ballo, 28. Nenad Kiso , 30. Raul Kostin

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 8. Mzee Patrik Osiako, 9. Rövşən Əmiraslanov, 11. Draqan Çeran, 16. Məhərrəm Hüseynov , 19. Orxan Səfiyaroğlu, 20. İdan Vaytsman

 

“Bakı”: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Mario Pedro Alvarez , 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 12. Araujo Santos, 15. Ruben Qonzalez, 19. Marius Pena, 20. Mindauqas Kalonas, 23. Lukas Mario Horvat

Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 24. Georgios Pelagios, 27. Rəhman Hacıyev, 10. Aleksandar Soliç, 21. Elvin Məmmədov, 2. Deividas Çesnauskis, 11. Rauf Əliyev

Xəbər xətti