"Liverpul" və "Milan"ın Lajiç sevdası

12:04 - 24 Avqust 2013

Hər iki klub futbolçunu transfer etməkdə israrlıdır
 
"Liverpul" klubu Adem Lajiç üçün "Milan" ilə mübarizə aparmağa hazırdır
 
Sportal.az xəbər verir ki, hər iki klub yarımmüdafiəçisi Adem Lajiçi transfer etmək istəyir. Belə ki öz komandası ilə yeni müqavilə imzalamaq istəməyən futbolçuya "Liverpul" komandası ilə bərabər "Milan" klubu da elçi düşüb.
 
Qeyd edək ki Serbiyalı futbolçu keçən mövsüm 28 oyunda 11 dəfə fərqlənməyə imkan tapıb.

Xəbər xətti