"Rəvan"ın futbolçusu əməliyyat olundu FOTO

15:55 - 24 Avqust 2013

Tofiq Mikayılov yaşıl meydanlara gələn ilin əvvəlində dönəcək
 
Premyer Liqanın ilk turunda "Simurq”la Qəbələdə keçirilən oyun təkcə hesaba görə yox, həm də "Rəvan"ın aparıcı oyunuçularından olan Tofiq Mikayılovun ağır zədə alması səbəbilə üzücü olub
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvlərindən biri hələ ilk hissədə sağ dizinin xaçvari bağlarının qopması üzündən oyunu vaxtından əvvəl tərk etməli olmuşdu. Artıq "22” nömrə uğurla əməliyyat olunub. Mərkəzi Klinik Xəstəxanada Türkiyədən gəlmiş həkimlərin əməliyyat etdiyi fitbolçu artıq özünü yaxşı hiss edir. Komandanın həkimi Ceyhun Əliyevin verdiyi məlumata görə, tam bərpa kursu təxminən 4-5 ay çəkəcək. Başqa sözlə, Mikayılov yaşıl meydanlara bir də gələn ilin əvvəlində dönə biləcək. 

Xəbər xətti