Fərid Quliyevə növbəti şans verildi

04:15 - 25 Avqust 2013

 Fərid Quliyev 5 dəqiqə oynadı
 
Türkiyə PTT Birinci Liqasında 2-ci oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da növbəti matçına çıxıb.
 
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda evdə “Ankaraspor”la qarşılaşıb. Görüş sülhə başa çatıb.
 
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Fərid 89-cu dəqiqədə meydana buraxılıb. Muradın adı isə ümumiyyətlə iştirak ərizəsinə salınmayıb.
 

Xəbər xətti