"Rəvan" "İnter"i gözləyir

11:13 - 25 Avqust 2013

Komanda hazırlıqlarını başa vurdu
 
Premyer Liqanın 4-cü turunda "Rəvan” doğma divarlar arasında "İnter” ilə qarşılaşacaq.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün keçiriləcək görüş öncəsi komanda "Bayıl stadionu”nda son məşqinə çıxıb. 1 saata yaxın davam edən məşqdə futbolçuların cari mövsüm axır ki ilk qələbəni qazanmaq üçün çox həvəslə çalışdığı hiss olunurdu. Baş məşqçi Vladislav Qədirovun tapşırıqlarını ürəklə yerinə yetirən komanda üzvləri taktiki-texniki çalışmalardan sonra asmalar və onların qapanması, eləcə də qapıya zərbələr üzərində işləyib. Komandanın heyətində Tofiq Mikayılovdan başqa zədəli, eləcə də heç bir cəzalı futbolçunun olmaması məşqçilər korpusunu sevindirməyə bilməz. Ötən oyunu cəza səbəbindən buraxmış Miloş Adamoviç artıq baş məşqçinin sərəncamındadır.
 
Qeyd edək ki, "Rəvan” – "İnter” oyunu "Bayıl Arena”da keçiriləcək və görüş saat 20:00-da başlayacaq.

Xəbər xətti