Məsut Özil "Real"ı tərk edir

14:03 - 25 Avqust 2013

O, komandadan getmək fikrinə düşüb
 
Madrid “Real”ını tərk etmək istəyənlərin sayı getdikcə artır.
 
Sportal.az xəbər verir ki, bu dəfə isə klubun türk əsilli alman futbolçusu Məsut Özil komandadan ayrılmaq niyyətinə düşüb. 24 yaşlı futbolçunun belə qərar verməsinə səbəb rəhbərliklə onun arasında maliyyə məsələsində yaranan fikir ayrılığı olub. Özil rəhbərlikdən məvacibinin artırlımasını tələb edib, ancaq rədd cavabı alıb. Bu səbəbdən futbolçu klubunu dəyişmək istəyir. Hazırda Özil “Real”da ilinə 7 milyon avro qazanır. 
 
Qeyd edək ki, yarımmüdafiəçi üçün “Real”a hər hansı bir rəsmi təklif göndərilməyib.

Xəbər xətti