"Bu gün komanda riskə getmişdi"

00:50 - 26 Avqust 2013

Qurban Qurbanov: "Futbolçulardan razı qaldım"

 

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov  Premyer Liqanın IV turunda “Qəbələ” ilə oyundan sonra fikirlərini açıqlayıb.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı riskə getdiklərini söyləyib:

“Bu gün komanda riskə getmişdi. Çünki əsas heyətdə yer alan futbolçuların bəziləri meydana ilk dəfə çıxırdılar. Düşünürəm ki, bəxtimiz gətirdi. Bununla belə, futbolçuların çıxışından razı qaldım”. 

Xatırladaq ki, “Qarabağ” “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməklə, çempionatda ardıcıl dördüncü qələbəsini qazanıb və vahid liderə çevrilib.

Xəbər xətti