Yığmamız III oldu

10:50 - 26 Avqust 2013

U-17 Palanqa şəhərində turnirdə iştirak etdi
 
Litvanın Palanqa şəhərində təşkil olunmuş ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması III yeri tutub.
 
Sportal.az xəbə verir ki, III yer uğrunda dünən keçirilmiş qarşılaşmada yığmamız Elnur Cəfərovun vurduğu qol sayəsində Latviya komandasını 1:0 hesabı ilə məğlub edib.
 
Xatırladaq ki, turnir çərçivəsində keçirdiyi ilk oyunda Belarus yığmasını 1:0 hesabı ilə məğlub edən futbolçularımız ikinci qarşılaşmada Litva komandasına eyni hesabla məğlub olmuşdu.

Xəbər xətti