"Atletiko" darmadağın etdi, "Barselona" bir qolla kifayətləndi VİDEO

11:40 - 26 Avqust 2013

"Malaqa" yenə məğlub oldu
 
İspaniya La Liqasında II turun oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, dünən tur çərçivəsində daha bir neçə oyun keçirilib. “Atletiko”rəqibini darmadağın edib, “Barselona” isə “Malaqa” üzərində minimal hesablı qələbəyə sevinib. 
 
Qeyd edək ki, çempionatda II tura bu gün keçiriləcək “Qranada” – “Real” oyunu ilə yekun vurulacaq. 
 
İspaniya çempionatı: II tur
 
24 avqust
 
“Vilyareal” – “Valyodolid” 2:1
Qollar: Covani dos Santos, 38 (p), Kani, 84   -   Xavyer Qerra, 5
 
“Atletiko” – “Rayo Valyekano” 5:0
Qollar: Raul Qarsiya, 18, 90, Dieqo Koşta, 20, Arda Turan, 35, Tyaqo, 53, 
 
“Levante” – “Sevilya” 0:0
 
“Malaqa” – “Barselona”  0:1
Qol: Adriano, 44
 
“Betis” – “Selta” 1:2
Qollar: Ruben Kastro Martin, 90    -   Çarles, 67, Nolito, 74 
 


 


 

Xəbər xətti