"Simurq" rəhbərliyindən futbolçulara xəbərdarlıq

13:49 - 26 Avqust 2013

Anar Bəkirov: "Komanda tez bir zamanda toparlanmalıdı"
 
“Simurq”un ardıcıl ikinci dəfə məğlub olması klub rəhbərliyini bərk narahat edib.
 
Sportal.az xəbər verir ki, "Bakı"ya 3:0 hesablı məğlubiyyətdən sonra klub prezidenti Anar Bəkirov futbolçular və komandanın baş məşqçisi Georgi Çixradze ilə görüş keçirib. O, “Simurq”un problemləri və nəyə görə komandanın belə uğursuz çıxış etməsinin səbəbləri ilə maraqlanıb. Bəkirov futbolçulara və məşqçilərə öz iradlarını bildirib və onlara xəbərdarlıq edib:
 
“Düzdü, komanda udar da, uduzar da. Amma ardıcıl iki məğlubiyyət yaşadıq. Tez bir zamanda toparlanmaq lazımdı. Növbəti oyunlarda sizdən qələbə gözləyirəm. Bu uğursuzluq seriyasına son qoyulmalıdı”. 

Xəbər xətti