"Bakı"nın futbolçusu "Rəvan"da

16:35 - 26 Avqust 2013

31 yaşlı müdafiəçi ilə 1 illik rəsmi sözləşmə imzalandı
 
Transfer çalışmalarını davam etdirən "Rəvan” heyəti gücləndirmək istiqamətində növbəti addımı atıb.
 
Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda bu dəfə Aqil Nəbiyevin keçidini rəsmən həll edib. Tovuz futbol məktəbinin yetirməsi olan 31 yaşlı müdafiəçi ilə 1 illik rəsmi sözləşmə imzalanıb. Karyerası ərzində "Turan" (1999-2002, 2003-2006), "Neftçi” (2002-2003), AZAL (2006-2013) və son olaraq "Bakı”nın (2013-cü il yanvardan avqusta qədər) şərəfini qorumuş təcrübəli futbolçu həm də Azərbaycan milli komandasının heyətində 8 oyun keçirib. Milli formada son oyunu 16 oktybar 2012-ci il tarixdə Rusiya ilə qarşılaşmaya (0:1) təsadüf edir.

Xəbər xətti