"Özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmaq istəyirəm"

16:47 - 26 Avqust 2013

Ruslan Nəsirli: "Sumqayıt" Futbol Klubu gənclər üçün böyük şansdır"

 

2-ci dəfə "Trabzonspor"un düşərgəsinə yollanan Ruslan Nəsirli "Sumqayıt" Futbol Klubunun rəsmi saytına fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, 18 yaşlı futbolçu Türkiyənin dörd ən böyük klublarından birində forma geyinməyin böyük fəxr olduğunu deyib:

 

"Çox sevinirəm ki, "Trabzonspor"dan növbəti dəfə təklif almışam. Bir azərbaycanlı futbolçu kimi Türkiyənin dörd ən böyük klublarından birində forma geyinmək həqiqətən böyük fəxrdir. Sözün açığı, ilk dəfə Trabzona yollanarkən özümü yaxşı tərəfdən göstərə bilmişdim. Hətta yoxlama oyunlarında fərqlənmişdim. Lakin bu kluba keçidimin baş tutmamasının əsas səbəbi "Trabzonspor"da rəhbərliyin və məşqçi korpusuunun dəyişməsi oldu. Yeni rəhbərlik növbəti dəfə mənim üçün "Sumqayıt" Futbol Klubuna məktub ünvanlayıb. Ümid edirəm ki, bu dəfə də özümü yaxşı tərəfdən göstərib "Trabzonspor"da qalmağı bacaracam.

 

Mənim bu mərhələyə gəlib çatmağımda "Sumqayıt" Futbol Klubunun əməyi böyükdür. "Sumqayıt" gənclərdən qurulmuş bir komandadır. Misal üçün bir müddət əvvəl "Portu"ya yollanmış komanda yoldaşım Orxan Əliyevi qeyd etmək olar. "Sumqayıt" Futbol Klubu gənclər üçün böyük şansdır. Yaxın gələcəkdə bu klubun bir neçə üzvü böyük komandalarda forma geyinəcək.

 

"Trabzonspor"dan qayıtdıqdan sonra milli komandanın düşərgəsinə qoşulacam. Əsas məqsədim yığmanın heyətində oktyabr ayında keçiriləcək seçmə mərhələdə özümü yaxşı tərəfdən göstərməkdir".

Xəbər xətti