"Trabzonspor"un futbolçusu meydanı ağlayaraq tərk etdi VİDEO

00:15 - 27 Avqust 2013

Volkan Şen fitə basıldı və ağlayaraq meydanı tərk etdi

 

Bu gün Türkiyə Super Liqasında "Trabzonspor" azarkeşləri önündə "Rizəspor"u qəbul edib.

Sportal.az xəbər verir ki, "Trabzonspor"un futbolçusu Volkan Şen oyunun 40-cı dəqiqəsində meydanı icazəsiz tərk edərək, soyunub-geyinmə otağına yollanıb.

Buna səbəb isə, azarkeşlərin matçboyu futbolçunu fitə basmaları və təhqiredici şüarlar səsləndirməsi olub.

Futbolçunu meydanı tərk edərkən gözyaşlarına hakim ola bilməyib.

Xəbər xətti