"Qarabağ"la oyunumuz çətin keçəcək"

02:28 - 27 Avqust 2013

Aleksandr Meyer: "Qarabağ"a qarşı cavab oyunumuz var"

 

"Ayntraxt" klubunun hücumçusu Aleksandr Meyer Bundesliqanın III turu çərçivəsində keçirilən "Braunşveyq"lə oyundan (2:0) sonra fikirlərini bölüşüb.

Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Frankfurt təmsilçisinin forvardı yerli mətbuata açıqlamasında belə danışıb:

"Sağlam komandanın varlığı üçün birlik vacibdir ki, bu da bizdə var. "Braunşveyq"lə oyunda vurduğum qol fantastik alındı. Komandanın lazımı səviyyəyə çatması üçün də bizə bir-iki oyun lazımdır. Bundesliqanın qarşıdakı matçlarında bizi çətin oyunlar gözləyir.  Avropa Liqasında "Qarabağ"a qarşı cavab oyunumuz var. Növbəti 90 dəqiqə bizim üçün çətin keçəcək". Meyer "Qarabağ"la Bakıda keçirilən ilk oyunda dubl eləmişdi - 0:2

Xəbər xətti