Oğlunun doğum günündə fərqlənən futbolçu

11:28 - 27 Avqust 2013

O, "Rəvan" forması geyinmiş 63-cü oyunçu kimi tarixə düşdü 
 
Premyer Liqanın 4-cü turunda "Rəvan” "İnter”i qəbul edib.
 
Sportal.az "Rəvan"ın rəsmi saytına istinadən xəbər verir ki, "Bayıl Arena”dakı matçda komanda yenə "qara zolaq”dan çıxmağı bacarmayıb. "Rəvan" hesabı açmağına rəğmən, üstünlüyü sonadək qoruya bilməyib. Bununla belə, "Rəvan” cari mövsüm ilk qolunu məhz bu oyunda vurdu. Oğlunun doğum günündə fərqlənən Sebastyan Kastro-Telyo həm də komandanın 283 dəqiqə davam edən susqunluğuna son qoymuş oldu. Sebastyan bununla Premyer Liqada "Rəvan” forması ilə qol vurmuş 22-ci futbolçu oldu. Elita oyunlarında 86 qol vurmuş komandada bu futbolçular fərqlənib (1 qol Murad Hüseynovun (Qəbələ) avtoqolu sayəsində reallaşıb):
 
 
Manuel Varea   14 qol
Mindauqas Kalonas    8
Nemanya Vidakoviç    7
Ramazan Abbasov   6
Samuel Barlay   5
Miloş Zeçeviç   5
Tagim Novruzov   5
Kristian Torres  5                                                                
Əkrəm Hodziç    4
Reus Klaudinue Souza     4
Miloş Adamoviç    4
Tofiq Mikayılov    4
Nikolay Orlovski     3
Nuran Qurbanov    2
Con Pelu  2
Şəhriyar Rəhimov   1
Şeriff Suma    1
Amid Hüseynov    1
Sallieu Bundu  1
Ayaz Mehdiyev   1
Vüsal Qarayev      1
Sebastyan Kastro-Telyo  1
 
Onu da qeyd edək ki, "İnter”lə oyun komandanın yeni transferi Əziz Quliyev üçün "Rəvan” forması ilə debüt matçı oldu. O, Premyer Liqada "Rəvan” forması geyinmiş 63-cü oyunçu kimi tarixə düşdü. Maraq üçün bu nominasiyada artıq komandadan ayrılmış Samuel Barlayın lider olduğunu (56 oyun) bildirək. O, bu baxımdan artıq "Rəvan”da olmayanlar - Tural Axundov (55), Miloş Zeçeviç (49) və hazırkı kapitan Ramazan Abbasovu (49) qabaqlayır. 

Xəbər xətti