"Vurduğum iki qolu həyat yoldaşım və qızıma həsr edirəm"

13:11 - 27 Avqust 2013

"Karyeram boyunca çox pul qazanmışam"
 
Bu il İtaliya A Seriyasında çıxış etməyə vəsiqə qazanan “Verona” çempionatın ilk turunda adlı-sanlı “Milan”ı Luka Toninin vurduğu 2 qol sayəsində məğlub edib. 
 
Sportal.az xəbər verir ki, komandasına qələbə gətirən qollara imza atan italiyalı futbolçu yenə də adından söz etdirməyi bacarıb. 36 yaşlı Toni vurduğu qolları ailəsinə həsr etdiyini deyib:
 
“Vurduğum iki qolu həyat yoldaşım Marta və qızım Biankaya həsr edirəm. Üçüncü qolu vurmadım, çünki hədiyyə edəcək 3-cü bir adam yox idi. 
 
Karyeram boyunca çox pul qazanmışam. Yəni pula ehtiyacım yoxdu. Hələ də oynayıram. Çünki futbolu sevirəm”. 
 
Qeyd edək ki, Luka Toni “Verona”ya “Fiorentina”dan transfer olunub və yeni komandası ilə bir illik müqavilə imzalayıb.

Xəbər xətti