"Qarabağ" bu gün Almaniyaya gedə bilmədi

13:33 - 27 Avqust 2013

Ağdam təmsilçisi sabah yola düşəcək
 
Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində "Ayntraxt"la qarşılaşacaq "Qarabağ"ın bu gün Almaniyaya nəzərdə tutulan səfəri təxirə salınıb.
 
Sportal.az xəbər verir ki, buna Almaniya hava yollarının bugünkü çarter reysinə icazə verməməsi səbəb olub. "Qarabağ" klubu Frankfurt şəhərinə sabah yola düşəcək. 
 
Qeyd edək ki, Ayntraxt" - "Qarabağ" oyunu avqustun 29-da, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Xəbər xətti